İdman
“Qarabağ”dan kim məlumat ötürüb?
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la cavab oyunundan (0:2) sonra mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, Qurbanov hakimin bəzi qərarları ilə razılaşmadığını deyib: “Oyunumuz alınmadı. Məcburi dəyişikliklərə görə oyun planımız pozuldu. Bəzi futbolçulardan narazı qaldım. Rəqib də yaxşı oynadı. Onları təbrik edirəm, bundan sonrakı oyunlarında uğurlar arzulayıram. Biz isə Avroliqanı gözləyirik.
Hakimlik haqda danışmağın mənası yoxdur. Birinci qol zamanı İlqar Qurbanov zədələndiyi üçün meydanın kənarında idi. Namiq Yusifovu onun əvəzinə meydana buraxmaq istəsəm də, hakim buna icazə vermədi. Ona görə hakimə etiraz etdim. Digər epizodda isə hakim, Çumbinyonun hərəkətini qayda pozuntusu kimi qiymətləndirdi. Ancaq oyunu saxlamaya bilərdi. İndi bunları danışmağın mənası yoxdur”.
Q.Qurbanov rəqibin "Qarabağ"ın oyun planından əvvəlcədən xəbərdar olduğunu deyib: “Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürülmüşdü. Heyif ki, Reynaldo ən yaxşı formada olduğu bir vaxtda bizə kömək edə bilmədi. Amma biz tək Reynaldodan ibarət deyilik. Bəzi aparıcı oyunçularımızın olmaması özünü göstərdi. İlqar Qurbanovun zədəsi isə ciddidir. Onun əzələsində yırtıq var.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” Avstriyada “Zalsburq”un qonağı olub.
İlk görüşdə rəqibinə Bakıda 2-1 hesabla qalib gələn “Qarabağ” cavab matçında 2-0 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.
“Qarabağ” Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq.
Aygün
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK