Ronaldunun qolu qeydə alınmadı, QƏLƏBƏ ƏLDƏN GETDİ
Bizi izləyin

İdman

Ronaldunun qolu qeydə alınmadı, QƏLƏBƏ ƏLDƏN GETDİ

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II turun ilk oyun gününə yekun vurulub.

Publika.az xəbər verir ki, son 4 qarşılaşmadan 2-si Azərbaycan millisinin yer aldığı A qrupuna təsadüf edib. Serbiya yığması Portuqaliya ilə görüşdə əzmkar heç-heçəyə nail olub. Oyunun uzatma dəqiqələrində Nikola Milenkoviç qırmızı vərəqə alaraq, Serbiya millisini azlıqda qoyub. Beləliklə, o, martın 30-da Bakıda Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcək.

Daha bir maraqlı məqam Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun məhz uzatma dəqiqələrində təmiz qolunun hesaba alınmaması olub.

İrlandiya isə öz meydanında gözlənilmədən Lüksemburqa uduzub.

E qrupunda Çexiya Belçika ilə görüşdən 1:1, H qrupunda isə Slovakiya Malta ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm