"Çelsi" öz meydanında böyük hesabla MƏĞLUB OLDU
Bizi izləyin

İdman

"Çelsi" öz meydanında böyük hesabla MƏĞLUB OLDU

Futbol üzrə İngiltərə Premyer Liqasında XXX tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış matçında “Çelsi” doğma azarkeşlər önündə autsayder “Vest Bromviç”lə qarşılaşıb. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 27-ci dəqiqədə Kristian Pulişiç açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2 və 4-cü dəqiqələrdə fərqlənən Mateus Pereyra qonaqları önə keçirib. Matçın 63-cü dəqiqəsində Kallum Robinson fərqi iki topa çatdırıb. Beş dəqiqə sonra Mbaye Dianye 4-cü topu "Çelsi"nin qapısından keçirib. Qarşılaşmanın 71-ci dəqiqəsində Meyson Maunt buraxılan qollardan birinin əvəzini çıxsa da, görüşdə son nöqtəni 90-cı dəqiqədə Robinson qoyub.

Bu, London klubunun baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında ilk məğlubiyyəti olub. Beləliklə, "zadəganlar"ın 14 oyunluq məğlubedilməzlik seriyası qırılıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Vest Bromviç" 19-cı pillədə qalıb. 49 xalı olan "Çelsi" isə 4-cü sırada qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm