"Zirə" evdə autsayderlə bacarmadı
Bizi izləyin

İdman

"Zirə" evdə autsayderlə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Zirə" evdə autsayder "Keşlə" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 32-yə çatdıran meydan sahibləri 3-cü pillədə mövqeyini qoruyub. Qonaqlar isə 19 xalla sonuncu sırada qalıb.

Tura bu gün saat 19:15-də başlayacaq "Qarabağ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" evdə "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail"lə 0:0 hesablı heç-heçəyə razılaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm