İdman
Boksçumuz dünya birinciliyinə qələbə ilə başladı
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.
Publika.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - 56 kiloqram çəki dərəcəsində Əzrək Bəbirov rinqə çıxıb. Onaltıdabir final mərhələsi çərçivəsində Maksat Jusipovla (Qırğızıstan) qarşılaşan boksçumuz rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla ilə üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.
Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye