Avropa çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
Bizi izləyin

İdman

Avropa çempionatı: Güləşçimiz finala vəsiqə qazandı

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Publika.az xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı ukraynalı İqor Nikiforukla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Bayramov finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi rusiyalı İsrail Kasumov olacaq.

Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65) isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar. Xaşalov Aryan Tsiutrin (Belarus) / Givi Davidovi (İtaliya), Rəhimzadə isə George Ramm (Böyük Britaniya) / Andrey Svirid (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

79 kq-da yarışan Rəşad Yusifli də final şansını əldən verib. Yarımfinalda Fransa təmsilçisi Sayfedin Alexmaya 1:6 hesabı ilə məğlub olan idmançı sabah bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Osman Haydari (Albaniya) / Alans Amirovs (Latviya) cütünün qalibi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm