"Zirə" səfərdə "Keşlə"ni MƏĞLUB ETDİ
Bizi izləyin

İdman

"Zirə" səfərdə "Keşlə"ni MƏĞLUB ETDİ

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, günün ilk matçında "Keşlə" "Zirə"ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı "Keşlə" açıb. 45+2-ci dəqiqədə Sadio Tounkara fərqlənib.

Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya qonaqlar daha fəal başlayıb. "Zirə"nin heyətində Rodriqo Bonqonqui 57-ci dəqiqədə tarazlığı bərpa edib. 5 dəqiqə sonra isə Nemanya Ancelkoviç hesabı komandasını önə keçirib.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Cavab qarşılaşmaları aprelin 29-da olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm