Baş məşqçilər rəqiblərdən danışdılar
Bizi izləyin

İdman

Baş məşqçilər rəqiblərdən danışdılar

Xəbər verdiyimiz kimi, Avropa Liqanın pley-off mərhələsinin püşkü atılıb. Avroliqanın bu mərhələsində ölkəmizi iki komanda - "Qarabağ" və "Neftçi" klubları təmsil edir.

Avropa Liqası - Pley-off mərhələsi - 21-28 avqust

“Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya)

“Neftçi” (Azərbaycan) – “Partizan” (Serbiya)

Hər iki baş məşqçi klublarının rəsmi saytlarına açıqlama veriblər.

Publika.az Qurban Qurbanovun və Böyükağa Hacıyevin rəqibləri haqqında dediklərini təqdim edir:

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov:

“Tvente” bizə tanış komandadır. Zənnimcə, qarşılaşa biləcəyimiz komandalar arasında ən güclülərdəndir. Hazırda çempionat oyunlarını fikirləşirik. Bu oyuna qədər matçlarımız var. Problemlərimiz olsa da, “Tvente”yə qarşı hazırlaşacağıq. Hələlik, rəqib komanda barədə məlumat toplayacağıq. Ötən mövsüm çempionatda 3-cü yeri tutublar. Güclərinə şübhə etmək olmaz. Təbii ki, “Tvente” ilə qarşılaşmalarda meydana çıxıb ən yaxşı şəkildə çıxış etməyə çalışacağıq”.

Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev:

“Pley-off mərhələsində asan rəqib olmur. Buna görə də rəqibin kimliyinin elə bir önəmi yoxdur. “Partizan”a gəlincə, tanış rəqibdir. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsində iki dəfə qarşılaşmışıq və məğlub olmamışıq. “Partizan” ciddi rəqibdir, bu komandaya hörmətlə yanaşırıq. Ümumiyyətlə, Serbiya futbolunun gücündən hamının xəbəri var. İlk oyunun avqustun 21-də keçiriləcəyini nəzərə alsaq, daha yaxşı hazırlaşmağa vaxtımız var. İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq üçün əlimizdən gələni edəcəyik".


Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm