İdman
Şəhriyar finalın 1 addımlığında dayandı
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinal qarşılaşmaları yekunlaşıb.
Publika.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan Məmmədyarov ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin 2 blits qarşılaşmasında heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün armaqqedon oynanılıb. Burada mütləq qələbəqazanmalı olan həmyerimiz rəqibi mat edə bilməyib və məğlub olaraq mübarizəni yarımfinbalda dayandırıb.
Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.
Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.
Çempionlar Turu: "New In Chess"
Yarımfinal, cavab görüşləri
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:3 (Tay-brekdə - 2:1)
İlk görüş - 3:1
Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) - 1:3
İlk görüş - 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var






.png)


















.jpg)
.jpg)





