"Avro-2020"nin "könüllü kuboku" turnirinin qalibi müəyyənləşdi
Bizi izləyin

İdman

"Avro-2020"nin "könüllü kuboku" turnirinin qalibi müəyyənləşdi

AFFA-nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan könüllü təşkilatları arasında keçirilən futbol üzrə “Avro-2020”nin könüllü kuboku” turnirinin final oyunu keçirilib.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun “Sportster Arena” meydançasında təşkil olunan final oyununda Təhsil Nazirliyinin “Bir Könüllü” Tələbə Proqramı təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin “Turizm Könüllüləri” təşkilatı qarşılaşıb.

Həlledici oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən “Bir Könüllü” Tələbə Proqramı təşkilatının komandası “Könüllü kuboku”nun qalibi olub.

Mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, təhsil nazirinin müavini, Tələbə Futbolu Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, “Avro-2020”nin səfiri Vəli Qasımov, “Avro-2020”nin Bakı Könüllülərinin səfiri Taleh Yüzbəyov iştirak ediblər.

Qalib komandaya kuboku Firudun Qurbanov təqdim edib.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı çərçivəsində keçirilən və aprelin 20-dən start götürən turnirdə ümumilikdə 16 komanda mübarizə aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm