“Beşiktaş”, “Fənərbaxça” və “Çelsi” Soma üçün oynadı – VİDEO
Bizi izləyin

İdman

“Beşiktaş”, “Fənərbaxça” və “Çelsi” Soma üçün oynadı – VİDEO

İstanbulda təşkil olunan turnirin qalibi “Beşiktaş” olub. “Qara qartallar” öncə “Fənərbağça”nı, sonra “Çelsi”ni məğlub edib.

Publika.az xəbər veirir ki, Şükrü Saracoğlu Stadionunda 3 klub - hərəsi 45 dəqiqə olmaqla bir hissəlik matç keçiriblər. Bu matçlar Somadakı mədən faciəsində həyatını itirən fəhlələrin ailələrinə kömək məqsədi ilə təşkil olunub.

İlk matçda “Beşiktaş” “Fənərbaxça”nı İsmayıl Köybaşının vurduğu yeganə qolla məğlub edib (1-0).

“Fənərbaxça” ikinci matçında da “Çelsi”yə 2-0 hesabla uduzub.

Son matçda “Beşiktaş”ın futbolçusu Ersan Gülüm “Çelsi”yə 1 qol vurub (1:0).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm