Güləşçilərimiz FİLA-nın reytinq siyahısında
Bizi izləyin

İdman

Güləşçilərimiz FİLA-nın reytinq siyahısında

Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyulda keçirilən yarışların nəticələrinə əsasən, avqust ayı üçün yunan-Roma növü üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb. Publika.az xəbər verir ki, budəfəki siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.

Yunan-Roma güləşçilərinin reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Taleh Məmmədov və Şalva Qadabadze "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində qazandıqları nəticəylə adlarını yenidən reytinq siyahısına yazdırıb. "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini qızıl medalla tamamlayan Rafiq Hüseynov və Elvin Mürsəliyev müvafiq çəki dərəcələrinə görə reytinqdə ötən ayla müqayisədə daha yuxarı sırada qərarlaşıb.

59 kq

12. Taleh Məmmədov (nr)
13. Kamran Məmmədov (12)

66 kq

2. Həsən Əliyev (2)

71 kq

2. Rəsul Çunayev (2)

75 kq
6. Rafiq Hüseynov (80 kq - 15)

80 kq
4. Elvin Mürsəliyev (75 kq - 6)

85 kq
10. Saman Təhmasibi (11)
18. Şəhriyar Məmmədov (13)

98 kq
7. Şalva Qadabadze (nr)

130 kq
14. Sabah Şəriəti (11)

Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm