Olimpiya çempionumuzdan müharibə mesajı – FOTO
Bizi izləyin

İdman

Olimpiya çempionumuzdan müharibə mesajı – FOTO

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli müharibə mesajı verib.

Publika.az xəbər verir ki, olimpiya çempionu, Azərbaycan Cüdo federasiyasının vitse-prezidenti “Instagram”da öncəki gün qara sarğılı bayraq şəkili paylaşaraq şəhid əsgərlərə rəhmət diləyib:

“Allahdan şəhidlərimizə rəhmət diləyirəm. İnşallah, Ali Baş Komandanın əmri ilə onların qanı yerdə qalmayacaq”.

Növbəti dəfə isə sosial şəbəkədə hərbi formada şəkil paylaşıb və idmançıların müharibəyə hazır olduğunu qeyd edib:

"Ölkəmizin şərəfini qoruyan bütün idmançılarla hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmənin əlindən almağa hazırıq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm