Ayaz Quliyev “Rostov”da çıxış edə bilər
Bizi izləyin

İdman

Ayaz Quliyev “Rostov”da çıxış edə bilər

“Spartak”la yollarını ayıran Azərbaycan əsilli Rusiya futbolçusu Ayaz Quliyev yenidən “Rostov” klubunun şərəfini qoruya bilər.

Publika.az xəbər verir ki, barədə “Eurostavka” resursu məlumat yayıb.

Məlumata əsasən, sabah yarımmüdafiəçi “Rostov”un bazasında tibbi yoxlanışdan keçəcək və nəticələrə uyğun olaraq klub rəhbərliyi tərəfindən müvafiq qərar qəbul olunacaq.

Qeyd edək ki, azad agent kimi “Spartak”dan ayrılan Quliyev klubun futbol məktəbinin məzunudur. 2018-ci ilin yayında o, 500 min avro qarşılığında “Rostov” klubuna keçib. Altı ay sonra isə “Spartak” komandası oyunçunu 1 milyon avroya geri qaytarıb. / "Oxu"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm