Daha bir nəhəng idman yarışı Türkiyədən alındı
Bizi izləyin

İdman

Daha bir nəhəng idman yarışı Türkiyədən alındı

"Formula 1" üzrə Türkiyə Qran-prisi ləğv olunub.

Publika.az xəbər verir ki, bu barədə "Formula 1"in rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Qran-pri koronavirusa görə səyahət məhdudiyyətləri səbəbindən baş tutmayacaq.

Əvəzində 18 - 20 iyunda Fransada, 25 - 27 iyun və 2 - 4 iyulda Avstriyada yarışların keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək. Türkiyədəki turnir 11 - 13 iyunda planlaşdırılıb.

Daha əvvə isə Çempionlar Liqasının finalı eyni səbəbdən İstanbuldan alınaraq Portuqaliyanın Portu şəhərinə verilmişdi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm