Güləşçimiz Avropa çempionu oldu
Bizi izləyin

İdman

Güləşçimiz Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.

Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan C.Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm