15-17 yaşlı gimnastlar arasında qrup yarışlarına yekun vuruldu
Bizi izləyin

İdman

15-17 yaşlı gimnastlar arasında qrup yarışlarına yekun vuruldu

Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında 15-17 yaşlı idmançılar arasında qrup yarışlarına yekun vurulub.

Publika.az xəbər verir ki, rusiyalı gimnastlar uğurlu çıxışları ilə qızıl medal qazanıblar. Onların proqramı hakimlər tərəfindən 19,800 xalla qiymətləndirilib.

Macarıstan komandası 19,675 xalla gümüş, Rumıniya kollektivi isə 19,500 xalla bürünc medala sahib olublar.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm