İdman
"Real Madrid" ulduz futbolçunu transfer etdi - 5 İLLİK MÜQAVİLƏ
Bir müddət öncə Almaniya çempionu “Bavariya” ilə yollarını ayıran David Alabanın yeni klubu rəsmən müəyyənləşib.
Publika.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Madrid “Real”ında davam etdirəcək.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Avstriya yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent statusu ilə keçib.
Alaba peşəkar karyerasına məhz “Bavariya”da başlayıb. O, 13 il idi Münhen təmsilçisinin formasını geyinirdi.
Yalnız 2011-ci ildə qısa müddət “Hoffenhaym”da icarədə oynamış futbolçu “Bavariya” ilə bütövlükdə 27 titul qazanıb.
10 dəfə Almaniya Bundesliqasında çempionluq sevinci yaşayan yarımmüdafiəçi, 6 dəfə Almaniya kubokunda, 5 dəfə Almaniya super kubokunda qızıl medallara sahib çıxıb.
Avstriyalı oyunçu 2 dəfə Çempionlar Liqasında, 2 dəfə UEFA super kubokunda, 2 dəfə klublararası dünya çempionatında da çempionluq yaşayıb.
David “Bavariya”nın heyətində bütövlükdə 431 oyuna çıxıb, 33 qol vurub, 47 məhsuldar ötürmə müəllifi olub. O, Avstriya yığmasında da 79 matça çıxıb, 14 qolla yadda qalıb.
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region14 Oktyabr 15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi






.webp)




.jpg)




.jpg)




















