İdman
Türkiyə, yoxsa İtaliya: hansı qələbə qazanacaq? - PROQNOZLAR
Bu axşam AVRO-2020-nin ilk oyunu baş tutacaq. Turnirin ilk oyununda Türkiyə İtaliya ilə qarşılaşacaq.
İtaliyanın meydanında baş tutacaq oyunla bağlı mütəxəssislərin fikirlərin öyrənməyə çalışdıq.
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Publika.az-a açıqlamasında bildirdi ki, oyun gərgin keçəcək: “Mənim fikrimcə Türkiyə qrupdan çıxacaq. Hər iki komandanın oyunçularının vəziyyətləri yüksək səviyyədədir deyə düşünürəm. İtaliyaya gəldikdə isə, psixoloji olaraq çox rahat olacaqlar. Çünki öz meydanında oynayacaq. İtaliya neçə ildir ki, Avropa çempionatına vəsiqə qazana bilmir. Bu il isə çempionatda iştirak edir. Bu səbəbdən də düşünürəm ki, gərgin oyun keçəcək”.
AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev isə qeyd etdi ki, bu cür böyük turnirlərin açılış oyunlarında adətən hər iki komanda ehtiyatla oynayırlar: “Qrupdakı vəziyyətə görə birinci oyundan çox şey aslıdı. Bildiyimiz kimi İtaliya millisi müdafiədə ən etibarlı komandalardan olub. Fikrimcə, hər iki komanda da ehiyyatlı futbol oynayacaq və buna görə hesab heç-heçə olacaq”.
Şair, publisist Tural Turanın fikrincə, oyunun favoriti İtaliyadır: İtaliya-Tükiyə oyunu çempionatın ilk açılış oyunudur. “İtaliya “evdə”, Türkiyə səfərdə meydana çıxır. İtaliyaya 12-ci oyunçular – azarkeşlər də dəstək olacaq. Amma Almaniya və Fransada, Balkanlarda yaşayan türklər də fikrimcə, Türkiyə millisini dəstəksiz qoymayacaqlar. Düşünürəm ki, oyunun favoriti İtaliyadır. Bukmekerlər də belə hesab edir. Amma təbii ki, Türkiyənin qələbə qazanmasını istəyirəm. Mənə elə gəlir ki, bol qollu oyun olacaq. Təcrübəli və yaşlı italyanlara qarşı gənc türklərin sona qədər duruş gətirəcəyinə inanıram. Amma soyuqqanlı proqnoz vermək istəyirəm. Hesabın 1-1 və ya 2-2 bitəcəyi içimdən keçsə də, İtalyanın 2-1 qalib gələcəyini daha real nəticə hesab edirəm. Tükiyənin əsas qol silahları Burak Yılmaz və küncdən zərbələrin kralı Emre Akbabadan yüksək performans gözləyirəm”.
Tanınmış idman jurnalisti Namiq Abbasov isə vurğuladı ki, Hesab heç-heçə olacaq. “Hər zaman açılış oyunlarında rəqib olan komandalar ehtiyyatlı davranırlar. Düşünürümki hesab qollu heç-heçə olacaq. Ola bilər 1-1 ya da 2-2 hesabı ilə bitsin. Nəzərə alsaq ki, Türkiyə komandasında olan oyunçuların çoxu cavan və oynamağa meyilli heyətdir. Hər iki komanda texnika cəhətdən güclüdür”.
Tanınmış idman jurnalisti, televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə dedi ki, açılış oyunlarında adətən çox maraqlı sensasiyalar olur: "Bəzən isə bu cür oyunlarda az qollu nəticə qeydə alınır. Bu axşam hər iki komandadan çox fərqli bir oyun gözləyirəm. Nəzərə alsaq ki, İtaliya öz meydanında oynayır və açılış oyunudur. Çalışacaq təbii ki, doğma meydanda maksimum nəticə əldə etsin. Türkiyədə indiki heyyətlə oyun baxımından bu komandaya qarşı oynaya biləcək gücdədir. Açığı, hər iki komandadan məhsuldar oyun gözləyirəm. Fikrimcə, İtaliya bu matçda məğlub olmayacaq. İtaliya 2-1 qalib gələcək”.
Tanınmış idman aparıcısı İlkin Xəlilov oyunun favoritinin İtaliya olduğunu qeyd etdi: “İtaliya oyunun favoritidir və 2-1 qalib gələcək”.
Rahib Ələsgərli
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək