Finlandiya millisi Danimarkanı məğlub etdi
Bizi izləyin

İdman

Finlandiya millisi Danimarkanı məğlub etdi

İyunun 12-də futbol üzrə Avropa çempionatının B qrupunda birinci turun oyunlarına start verilib.

Publika.az xəbər verir ki, Kopenhagendəki "Parken” stadionunda keçirilən görüşdə Danimarka və Finlandiya komandaları qarşılaşıb.

Birinci hissəsinin sonlarında danimarkalı futbolçu Kristian Eriksenin huşunu itirməsi səbəbindən oyun bir müddət dayandırılıb.

60-cı dəqiqədə Finlandiya seçməsi hesabı açıb.

Yere Uronenin cinah ötürməsindən sonra Yoel Paxyanpalo qapıya dəqiq baş zərbəsi endirib.

Qarşılaşmanın 74-cü dəqiqəsində Finlandiya komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub, lakin Pyer Xeyberq bu şansı əldən verib.

Beləliklə oyun 1:0 hesabı ilə Finlandiyanın xeyrinə başa çatıb.

B qrupun digər görüşü hazırda Belçika və Rusiya seçmələri arasında davam edir.

Birinci hissədə Belçika rəqib qapısından 2 cavabsız top keçirib.

Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm