Daha bir güləşçimiz Polşada bürünc medal qazandı
Bizi izləyin

İdman

Daha bir güləşçimiz Polşada bürünc medal qazandı

Polşanın paytaxtı Varşava şəhərində güləş üzrə "Poland Open" turniri sona çatıb.

Publika.az xəbər verir ki, sonuncu yarış günündə 60, 63, 72, 87 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Bu yarışda 97 kq-da çıxış edən İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm