• USD 1,7000 0,00% EUR 2,0179 -0,08%
    • GBP 2,3668 +0,16% RUB 0,0233 0,00%

Niderland millisi Ukrayna yığmasına qalib gəldi

Niderland millisi Ukrayna yığmasına qalib gəldi

Futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib. Amsterdamda Niderland yığması Ukrayna millisi ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, C qrupunun oyunu çox gərgin şəraitdə keçib və Niderlandın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə qol vurulmayıb.

İkinci hissədə 52-ci dəqidədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb.

Ukraynalı Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk isə 79-cu dəqiqədə hesabı bərabərləşdirib.

85-ci dəqiqədə isə niderlandlı Denzel Dyomfris oyunda sonuncu qolu vurub - 3:2.

C qrupunun digər oyununda Avstriya Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəlib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR