• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

İTV İlqar Mikayıloğlunun ruslara “bizimkilər” deməsinə AYDINLIQ GƏTİRDİ

  • İdman
  • 14 İyun 2021 16:13
  • 1 425 Baxış
İTV İlqar Mikayıloğlunun ruslara “bizimkilər” deməsinə AYDINLIQ GƏTİRDİ

Belçika – Rusiya oyununda İTV şərhçilərinin Rusiya millisi haqqında “bizimkilər” sözü işlətməsi iddiaları ilə bağlı kanal daha bir açıqlama yayıb.

Publika.az kanalın açıqlamasını təqdim edir:

“İyunun 12-də İTV-nin efirində yayımlanan Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən guya “bizimkilər” ifadəsi işlətməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılır. Biz bu məlumatları yazan, paylaşan bütün şəxslərdən həmin hissəni İTV-yə göndərməyi xahiş etmişdik. Bu sözü tapana hədiyyə də vəd etmişdik. Lakin bu sözü tapa bilməyənlər İlqarın başqa ifadəsini tirajlamağa başlayıblar. Şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi “kimimiz var hücumçulardan” (23.42.35) və “ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” (23.42.46) ifadəsini “bizimkilər” kimi yozmağa çalışırlar. Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən “topumuz”, “qələmimiz”, “fincanımız”, “siyahımız”, yaxud da “siyahıda kimlərlərimiz var” ifadəsini də rahatlıqla işlədə bilər. Buradakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi “kimimiz var” ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir – şərhdə “bizimkilər” sözünü tapın, gəlin hədiyyənizi aparın.

Tövsiyəmiz də var: bir fincan qəhvə və ya bir stəkan çay götürüb İctimai TV-də futbola baxın, idmandan zövq alın! Biz sizin üçün işləyirik, çünki bizimkilər sizsiniz. Bizə sarı gəlin!”

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR