Məmmədyarov çempion, Rəcəbov 6-cı oldu
Bizi izləyin

İdman

Məmmədyarov çempion, Rəcəbov 6-cı oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.

Publika.az xəbər verir ki, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib. Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirini 6-cı pillədə başa vurub.

Buna ABŞ təmsilçisi Fabiano Karuana və rumıniyalı Boqdan-Daniel Dyak arasındakı görüşün heç-heçə başa çatması səbəb olub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran qrossmeysterlər Rəcəbova çatmaq şansını əldən veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm