Fransa Almaniyanı avtoqolla məğlub etdi
Bizi izləyin

İdman

Fransa Almaniyanı avtoqolla məğlub etdi

Futbol üzrə Avropa çempionatında ilk turun son oyunu keçirilib.

Publika.az xəbər verir ki, Münhen şəhərindəki "Alyans Arena"da son dünya çempionları Almaniya ilə Fransa yığmaları üz-üzə gəlib. Görüş Fransa millisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Almaniya yığmasından Mats Hummels öz qapısına vurub.

Bu, Bundestimin tarixi ərzində ilk avtoqolu olub.

Qeyd edək ki, F qrupunun digər matçında Portuqaliya Macarıstanı darmadağın edib - 3:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm