İdman
Türkiyə, yoxsa Uels? - Qalib bu komanda olacaq - PROQNOZ
Bu axşam Türkiyə ilə Uels qarşılaşacaq.
Bakıda baş tutacaq oyunla bağlı jurnalistlərin fikirlərini öyrənməyə çalışdıq.
İdman jurnalisti, televiziya aparıcısı Sənan Şəfizadə dedi ki, Uels millisi heyət baxımından Avro-2020 çempionatında böyük iddialar üçün mübarizə aparmağa hazır deyil: “Yalnız Qaret Beyl ilə böyük hədəflərə çatmaq olmaz. Beyl sanki komandadan kənarda qalıb və tək komandaya kömək etmək istəyir, bu da alınmırdı. Bugünkü oyunda müəyyən mənada vəziyyət Türkiyənin xeyrinədir. Mən Bakıda Türkiyənin oynamasını “evdə” keçirilən oyun kimi qəbul edirəm. Tribunalarda olan izləyicilər Türkiyəni dəstəkləyəcəklər. Satılan 31 000 biletdən cəmi 3000 Uels dəstəkləyicisi olacaq və bu, düşünürəm ki, çox deyil. Bu oyunda Türkiyənin siyasi rəhbərliyi olacaq, Türkiyə Prezidenti izləyəcək. Fikrimcə, Türkiyə 2-1 hesabı ilə Uelsi məğlub edəcək”.
İdman aparıcısı İlkin Xəlilov qeyd etdi ki, Türkiyə növbəti mərhələyə keçmək üçün qələbə qazanmalıdır: “Türkiyə ilk oyunda məğlub oldu. Növbəti mərhələyə keçmək üçün bugünkü görüşdə qələbə mütləqdir. Türkiyənin xeyrinə olan faktorlar yəqin ki, hər kəsə bəllidir. Üstəlik, oyunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan izləyəcək. Bu da onlar üçün əlavə stimuldur. Biz əvvəlki turnirlərdə də görmüşük ki, həlledici oyunlardan uğurla çıxmağı bacarırlar. Düşünürəm ki, Türkiyə 2-1 hesabı ilə qalib gələcək”.
Jurnalist Tural Turanın fikrincə, bol qollu bir oyunun şahidi olacağıq: “Türkiyə yığmasını Bakıda gərgin oyun gözləyir. Türk yığması ilk oyundan məğlub dönüb, Uels isə ötən oyun ilk xalı aktivinə yazdıra bilib. Bu baxımdan uelslilər türklərə nisbətən bir o qədər də psixoloji gərgin deyil. Türklər üçün bu oyun “ölüm-dirim” savaşı olacaq. Gənc türklər Beylli Uels yığmasının müqavimətini qırmaqda çətinlik çəkəcək. Çünki Şenol Günəşin birinci oyunda meydana buraxmadığı, ehtiyatda saxladığı “gizli silahı” yoxdur. Fikrimcə, bu oyun bol qollu heç-heçə ilə yekunlaşacaq. Mən hesabın 2:2 nəticələnəcəyini düşünürəm”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
