Yevlaxda velosiped yarışı keçirildi - FOTO
Bizi izləyin

İdman

Yevlaxda velosiped yarışı keçirildi - FOTO

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Yevlax şəhərində Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə velosiped yarışı keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə yarış iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərindəki abidəsini ziyarət edərək abidə önünə önünə tər çiçəklər düzüblər.

Tədbirin əvvəlində həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş keçirilib. Daha sonra keçirilən velosiped yarışında hər biri 3 nəfərdən ibarət 30 komanda qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən yarışda 1-ci yerə Balçılı, 2-ci yerə Gənclər evi və 3-cü yerə Qaramanlı komandası çıxıb.
Əsas məqsədi yeniyetmə və gənclərin sağlam həyat tərzinə marağının və velosiped idmanının kütləviliyinin artırılması olan bu yarışların qalibləri, 2-ci və 3 yer tutan idmançılara Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının Fəxri fərman və qiymətli hədiyyələri, digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edilib.
Həvəskarlar arasında olan yürüşdə fərqlənən 10 nəfər hədiyyə və Fərxri fərmanla mükafatlandırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm