• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

İngiltərə Şotlandiyanı məğlub edə bilmədi

  • İdman
  • 19 İyun 2021 06:47
  • 565 Baxış
İngiltərə Şotlandiyanı məğlub edə bilmədi

Futbol üzrə Avropa çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.

Publika.az xəbər verir ki, ilk matçda qələbə qazanan İngiltərə Şotlandiya ilə üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda gerçəkləşən qarşılaşmanı ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edib. Görüş başladığı kimi qolsuz bərabərliklə bitib.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.

Qeyd edək ki, qrupun Xorvatiya – Çexiya oyunu 1:1 hesabı ilə başa çatıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR