İdman
Avro-2020-nin ƏN UĞURSUZ KOMANDASI - İdman jurnalistləri AÇIQLADI
Ötən gün Bakıda keçirilən Avro-2020-nin sonuncu qrup oyunu baş tutdu. Türkiyə İsveçrəyə 3-1 hesabı ilə məğlub oldu.
Turnirdə ən zəif çıxış edən və ən uğursuz komandanın hansı ölkəyə aid olması ilə bağlı idman jurnalistləri arasında sorğu keçirdik.
Tanınmış aparıcısı İlkin Fikrətoğlu Publika.az-a açıqlamasında qeyd etdi ki, qrup mərhələsi başa çatmasa da, hazırkı nəticəyə görə zəif çıxış edən komanda Türkiyə millisi olub: “Türkiyə komandası hər birimizin ürəkdən azarkeşlik etdiyimiz komanda idi. Heç kəs belə bir nəticə gözləmirdi. Türkiyə mediası özü də turnirdən qabağ komandanın oyununu yüksək qiymətləndirirdi. Çempionluq real olmasada bu qədər zəif çıxış etməyi də gözlənmirdi. Heç bir xal toplamadan, 1 qol vurub 8 top buraxmaq həqiqətən Türkiyə millisindən gözlənilməz idi. Çempionatın ən zəif komandası təəssüratını Türkiyə yaratdı. Hətta ilk dəfə çempionatda çıxış edən Şimali Makedoniya və Finlandiya öz oyunu ilə daha çox rəğbət qazanıb. Bunun səbəblərini özləri araşdıracaqlar. Türkiyə sanki dünya çempionatının seçmə mərhələsində Fransa və Hollandiyaya qalib gələn komanda deyil”.
İdman jurnalisti Ceyhun Rzayev dedi ki, gözləntiləri qarşılamayan komanda Türkiyə oldu: “Türkiyə yığmasından çox şey gözləyirdik. Ən azından qrupdan çıxmağına inanırdıq. Qrupda 2 oyunu Bakıda keçirirdi və azarkeş dəstəyi arxasında idi, amma öz çıxışı ilə hər kəsi məyus etdi. Çempionatın ən zəif komandası Şimali Makedoniya oldu”.
Aparıcı Vüsal Qurbanovun fikrincə, çempionatın ən zəif komandası Şimali Makedoniya oldu: “Düşünürəm ki, Avro-2020-nin ən zəif komandası Şimali Makedoniyadır. Tarixdə ilk dəfə Avro-2020-yə vəsiqə qazanıblar. Ancaq heyət baxımından çempionatın ən zəif komandası kimi Şimali Makedoniyanı görürəm. Gözləntiləri qarşılamayan komanda isə təbii ki, Türkiyə oldu”.
İdman jurnalisti Namiq Abbasov isə vurğuladı ki, gözləntiləri qarşılamayan komanda Türkiyə oldu: “Türkiyədən bu qədər zəif çıxış gözləmirdim. Seçmə mərhələsində indiki çıxışından daha yaxşı oyun sərgiləyib. Çempionatda Rusiya millisi yaxşı çıxış etdi. Öz vəziyyətlərinə yenidən qayıtdılar”.
Tanınmış idman aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə bildirdi ki, çempionatın ən zəif komandası Şimali Makedoniyadır: “O komandanın Avro-2020-ə çıxması böyük bir uğur oldu. Gözləntimi doğrultmayan komanda Türkiyə oldu. Çünki Türkiyə millisi seçim mərhələsində çox yaxşı oynadı. Heyətində əcnəbi çempionatlarda oynayan oyunçular var. Türkiyədən çempionluq gözləmirdim, amma xal toplaya bilməməsi də gözlənilməz oldu. Türkiyə ilk dəfə yeni formatda çempionata 1996-cı ildə vəsiqə qazanıb. Builki çıxışında həmin anti-rekordu təkrarladı”.
Rahib Ələsgərli
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO