AVRO-2020: Niderlanddan darmadağın, Avstriya 1/8 finalda
Bizi izləyin

İdman

AVRO-2020: Niderlanddan darmadağın, Avstriya 1/8 finalda

Futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib.

Publika.az xəbər verir ki, C qrupunda Niderland millisindən sonra, Avstriya yığması da pley-offa vəsiqə qazanıb.

Qrupdakı son oyunda Ukrayna seçməsi ilə üz-üzə gələn Franko Fodanın baş məşqçi olduğu kollektiv minimal hesablı qələbə qazanıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüşdə yeganə qolu 21-ci dəqiqədə Feliks Baumqartner vurub. Bu nəticədən sonra xallarını 6-ya çatdıran avstriyalılar 2-ci yerin sahibi kimi qrupdan çıxıblar. Komanda 1/8 finalda A qrupunu ilk pillədə tamamlayan İtaliya millisinə rəqib olub. Bu oyun iyunun 26-da İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq. Ukraynalılar isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm