AVRO-2020: Ukrayna millisi 1/4 finalda - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

AVRO-2020: Ukrayna millisi 1/4 finalda - (YENİLƏNDİ)

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

Publika.az xəbər verir ki, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.

Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv say üstünlüyündən 120+1-ci dəqiqədə yararlanmağı bacarıb. Qolun müəllifi Artyom Dovbik olub.

Beləliklə, Ukrayna millisi 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komandanın rəqibi isə İngiltərə olacaq.

xxx

Ekstra taymda ilk 15 dəqiqədə qol vurulmayıb.

Publika.az xəbər veir ki, hazırda ikinci 15 dəqiqə gedir. Burada da komandalar hesabda önə keçməsə, AVRO-2020-də ikinci dəfə penaltilər seriyası vasitəsilə qalib müəyyənləşəcək.

xxx

01:02

İsveç millisi azlıqda qalıb.

Publika.az xəbər veir ki, 98-ci dəqiqədə İsveçin mərkəz müdafiəçisi Markus Danielson Artyom Besedinə qarşı etdiyi hərəkətə görə birbaşa qırmızı vərəqə alıb.

xxx

00:54

İsveç – Ukrayna görüşündə 90 dəqiqə 1:1 hesabı ilə başa çatıb.

Publika.az xəbər veir ki, bu səbəbdən də dördüncü 1/8 final görüşündə əlavə 30 dəqiqəyə ehtiyac duyulub.

Hazırda ekstra taymın ilk 15 dəqiqəsi oynanılır.

xxx

23:49

İsveç millisi fasiləyə hesabı bərabərləşdirərək gedib.

Publika.az xəbər verir ki, Almaniyanın “Laypsiq” komandasının yarımmüdafiəçisi Emil Foşberi 43-cü dəqiqədə hesabı 1:1 edib. Bu onun ardıcıl üçüncü oyunda dördüncü qoludur.

xxx

23:29

Qarşılıqlı hücumlarla keçən matçda Ukrayna hesabı açıb.

Publika.az xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko 27-ci dəqiqədə qüvvətli zərbə ilə fərqləndi. Ukrayna İsveçə 1:0 qalib gəlir.

xxx

19:28

Bu gün Böyük Britaniyada AVRO-2020-nin daha bir görüşü baş tutacaq.

Publila.az xəbər verir ki, bu dəfə Şotlandiyanın mərkəzi şəhəri Qlazqoda İsveç və Ukrayna milliləri qarşılaşacaq. Bu matçla turnirin 1/8 final mərhələsinə yekun vurulacaq.

Komandalar indiyədək dörd dəfə qarşılaşıb. Bunlardan ikisində Ukrayna, birində İsveç qalib gəlib. Top fərqi 4:3 Ukraynanın xeyrinədir.

İsveç (4-4-2): Ulsen, Auqustinson, Danielson, Lindelöf, Lustiq, Foşberi, Ekdal, Ulson, S. Laşon (kapitan), İsak, Kuluşevski

Ukrayna (4-3-3): Buşan, Matviyenko, Krivtsov, Zabarnı, Karavayev, Zinçenko, Stepanenko, Sidorçuk, Şaparenko, Yaremçuk, Yarmolenko (kapitan)

Qeyd edək ki, bu matçın qalibi iyulun 3-də İtaliyanın paytaxtı Romada İngiltərəyə rəqib olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm