AVRO-2020: Danimarka yığması yarımfinala yüksəldi - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

AVRO-2020: Danimarka yığması yarımfinala yüksəldi - (YENİLƏNDİ)

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları üz-üzə gəlib.

Qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə hesabı açıb. 42-ci dəqiqədə Kasper Dolberq fərqi daha da artırıb. İlk yarı bu hesabla yekunlaşıb. Fasilədən sonra Çexiya fərqi azaltmağa nail olub. 49-cu dəqiqədə yığmanın bombardiri Patrik Şik fərqlənsə də, çexlərin bundan artığına gücü çatmayıb.

Bu, AVRO-2020-nin Bakıda keçirilmiş sonuncu qarşılaşması olub. Daha əvvəl Azərbaycanın paytaxtında A qrupunun 3 matçı gerçəkləşib.

Danimarka yarımfinalda Ukrayna - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

xxx

21:13

Çexiya və Danimarka yığmaları arasında Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, Çexiya yığmasının heyətində Patrik Şik 49-cu dəqiqədə fərqi azaldıb.

Danimarkanın qollarını 5-ci dəqiqədə Tomas Dileyni, 42-ci dəqiqədə isə Kasper Dolberq vurub.

Skandinaviya təmsilçisi hazırda 2:1 hesabı ilə öndədir.

xxx

20:42

Çexiya və Danimarka yığmaları arasında Bakıda keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin oyununda ikinci qol vurulub.

Publika.az xəbər verir ki, Danimark yığmasının heyətində Kasper Dolberq 42-ci dəqiqədə rəqibi növbəti dəfə məyus edib.

Skandinaviya təmsilçisində Tomas Dileyni 5-ci dəqiqədə hesabı açmışdı. Beləliklə, Danimarka fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

xxx

20:05

Çexiya və Danimarka yığmaları arasında Avropa çempionatının 1/4 final mərhələsinin oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, Danimarka seçməsi erkən qola sevinib.

Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə topu rəqib qapısından keçirib.

xxx

20:00

Çexiya və Danimarka yığmaları arasında Avropa çempionatının 1/4 final mərhələsinin oyunu start götürüb.

Publika.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) keçirilən görüş saat 20:00-da başlayıb.

Oyunu niderlandlı FIFA referisi Byorn Kuypers idarə edir.

Qeyd edək ki, daha əvvəl BOS-da A qrupunun üç görüşü gerçəkləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm