Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 32-ci lisenziyanı qazandı
Bizi izləyin

İdman

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 32-ci lisenziyanı qazandı

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Publika.az-a Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, pauerliftinqçi Nurlan Babacanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək nüfuzlu yarışa lisenziya qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan paralimpiyaçılarının Tokio olimpiadasına ümumilikdə 32-ci lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm