Mahir Emrelinin dublu sayəsində "Legiya" qələbə qazandı - FOTO
Bizi izləyin

İdman

Mahir Emrelinin dublu sayəsində "Legiya" qələbə qazandı - FOTO

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub.

Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını M.Emreli vurub. İyirmi dörd yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənərək komandasını səfərdə qələbə qazanmaqda yardımçı olub.

Onu da qeyd edək ki, forvard ikinci qolu vurduqdan sonra əsgər salamı verib.

Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm