Ronaldo komandasına superkuboku belə qazandırdı – VİDEO
Bizi izləyin

İdman

Ronaldo komandasına superkuboku belə qazandırdı – VİDEO

UEFA superkubokunun yeni qalibi müəyyənləşib.

Publika.az-ın məlumatına görə, Kardifdə keçirilən oyunda azarkeşlər İspaniya finalının şahidi olublar.

Həlledici görüşdə ötən mövsüm 10-cu dəfə Çempionlar Liqasını qazanan "Real" (Madrid) və Avropa Liqasının qalibi "Sevilya" komandaları üz-üzə gəlib.

Kriştiano Ronaldonun dublu "Real"a 2:0 hesablı qələbə qazandırıb. Bununla da Madrid klubu superkubokun qalibi olub.

"Real" 2:0 hesablı qələbə sayəsində mövsümün ilk titulunu qazanıb.

"Real" (Madrid) klubunun hücumçusu Ronaldo oyundan sonra qələbə haqda danışıb. Portuqaliyalı futbolçu bu kuboku qazanmağa layiq olduqlarını bildirib: "Bu oyun mənimçün xüsusi önəm daşıyırdı. Çünki bu, qazandığım ilk superkubok oldu. Gözəl futbol oynadıq və iki qol vurdum. Superkuboku qazanmağa layiq idik. Bundan artığını istəyə bilməzdim. Yeni mövsümə əla başlanğıc oldu".

12 avqust - UEFA superkuboku, final

23:45. "Real" (Madrid, İspaniya) - "Sevilya" (İspaniya) - 2:0

Qol: Ronaldo, 30 (1:0), 49 (2:0)

Qeyd edək ki, "Real" tarixində ikinci dəfə UEFA superkubokunu qazanır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm