"Sabah" klubu Gürcüstanın "Şukura" komandasını məğlub etdi
Bizi izləyin

İdman

"Sabah" klubu Gürcüstanın "Şukura" komandasını məğlub etdi

Tbilisidə təlim-məşq toplanışında olan Bakının “Sabah” futbol klubu hazırlıq çərçivəsində iyulun 20-də ilk yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız yerli “Şukura” (Kobuleti) komandası ilə qarşılaşıb.

“Zestafoni” təlim-məşq bazasının meydançasında keçirilən oyun "Sabah"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu qarşılaşmanın 67-ci dəqiqəsində Xulio Rodriqes vurub.

“Sabah” Tbilisi toplanışı çərçivəsində növbəti oyununu iyulun 23-də yerli “Samqurali” klubuna qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm