İdman
44 idmançımızdan 8-i olimpiada ilə erkən vidalaşdı - SİYAHI
Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Bu gün 44 təmsilçidən 10-u yarışa qoşulub.
Boksçulardan Tayfur Əliyev (57 kq) vyetnamlı Nquyen van Duonqa 2:3, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Lorenso Sotomayor (69 kq) isə gürcüstanlı Əsgərxan Madiyevə qaşından qan açıldığı üçün hakimlərin qərarı ilə uduzub. Yalnız Məhəmməd Abdullayev (+91 kq) 1/16 final görüşündən qalib ayrılmağı bacarıb. O, bəhreynli Denis Latıpovu 3:1 hesabı ilə yenib. Abdullayev iyulun 29-da keçiriləcək 1/8 final görüşündə özbəkistanlı dünya və 3 qat Asiya çempionu Baxodir Jalolovla qarşılaşacaq.
Cüdoçulardan Kəramət Hüseynov (60 kq) mübarizəyə böyük britaniyalı Eşli Makkenzi üzərində qələbə ilə başlasa da, 1/8 finalda gürcüstanlı Luxumi Çxvimianiyə uduzaraq, mübarizəni dayandırıb. Aişə Qurbanlı (48 kq) isə elə ilk görüşdəcə portuqaliyalı Katarina Koştaya yenilib və yarışla vidalaşıb.
Kişi üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə 4 dəqiqə 19,40 saniyə nəticə ilə 26-cı, qadın üzgüçü Məryəm Şeyxəlizadə Xangah 100 metr məsafəyə batterflayda 1 dəqiqə 1,37 saniyə göstərici ilə 30-cu olub. Nəticədə onlar növbəti mərhələyə yüksələ bilməyiblər.
Velosipedin şosse növündə Elçin Əsədov 130 iştirakçı arasında 234 km məsafə qət etməli olsa da, 110-cu km-dən sonra çıxışını başa vurub.
İdman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutub. Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının təsnifat mərhələsini 547 xalla 20-ci yerdə başa vurub və finala çıxa bilməyib. Lunyov 25 metr məsafəyə atəş açma yarışında da çıxış edəcək.
Beləliklə, Azərbaycan idmançılarından 8-i olimpiada ilə vidalaşıb. (report)
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?