12 futbolçumuz Türkiyə klublarında oynayacaq
Bizi izləyin

İdman

12 futbolçumuz Türkiyə klublarında oynayacaq

Türkiyə Super Liqasında və PTT 1-ci liqasında avqustun 29-da 2014/15 mövsümü start götürəcək. Publika.az xəbər verir ki, iki çempionatda Azərbaycanın 10 futbolçusu çıxış edəcək.

Super Liqada cəmi 1 futbolçumuz olacaq. Belə ki, bu, millimizin üzvü Cihan Özkaradır. O yenə "Sivasspor"un formasını geyinəcək.

PTT 1-ci liqada 9 oyunçumuz top qovacaq.

Daha 2 futbolçumuz isə həvəskarlar liqasında - BAL-da çıxış edəcək.

Cihan Özkara - Sivasspor (Super Liqa)

Vaqif Cavadov - Qaziantep BB (PTT 1-ci liqa)

Rəhman Hacıyev - Qaziantep BB (PTT 1-ci liqa)

Ufuk Budak - Qaziantep BB (PTT 1-ci liqa)

Mahir Şükürov - Karşıyaka (PTT 1-ci liqa)

Ayaz Mehdiyev - Giresunspor (PTT 1-ci liqa)

Branimir Subaşiç - Manisaspor (PTT 1-ci liqa)

Umut Sönməz - Orduspor (PTT 1-ci liqa)

Timur Təməltaş - Altınordu (PTT 1-ci liqa)

Rail Məlikov - Dənizlispor (PTT 1-ci liqa)

Elnar Kərimov - Serhat Ardahanspor (BAL, 2-ci qrup)

Məhəmməd Haqverdiyev - Serhat Ardahanspor (BAL, 2-ci qrup)

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm