İdman
"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı
Futbol üzrə son Azərbaycan çempionu “Neftçi” bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirib.
Publika.az xəbər verir ki, Bakı klubu bu turnirin II təsnifat mərhələsi çərçivəsində Yunanıstan çempionu “Olimpiakos”la cavab oyununa çıxıb.
Səfərdə 0:1 hesabı ilə uduzan “Neftçi”, cavab qarşılaşmasında da rəqibinə eyni hesabla məğlub oloub. Bakılılar iki oyunun nəticəsinə görə ÇL-də mübarizəni dayandırıb.
Qeyd edək ki, Paytaxt təmsilçisi yoluna Avropa Liqasında davam edəcək. "Ağ-qaralar" Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul
21:00. Neftçi - Olimpiakos - 0:1
Qol: Giorqos Masuras, 15
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1
"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov. 29. Samir Buqrin, 36. Mamadu Kane
Baş məşqçi: Samir Abasov
"Olimpiakos": 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis
Baş məşqçi: Pedro Martins
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!