Tokio-2020: Azərbaycan ilk medalını qazandı
Bizi izləyin

İdman

Tokio-2020: Azərbaycan ilk medalını qazandı

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Publika.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə çinli Şiyan Xuyə qalib gəlib.

Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm