• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Tokio Olimpiadasında daha 21 nəfər koronavirusa yoluxdu

Tokio Olimpiadasında daha 21 nəfər koronavirusa yoluxdu

Son sutka ərzində Tokio Olimpiadası ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların sayı daha 21 nəfər artıb.

Publika.az Olimpiya Oyunlarının təşkilat komitəsinin saytına istinadla xəbər verir ki, virusa yoluxanlar arasında idmançılar yoxdur. Beləliklə Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.

Yaponiya hökuməti Tokioda koronovirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyət gərgin olduğuna görə bir gün əvvəl fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Həmçinin daha dörd prefekturada fövqəladə vəziyyət rejimi yenidən tətbiq olunub.

Məhz fövqəladə vəziyyət rejimi davam etdiyinə görə tamaşaçılar “Tokio-2020”yə buraxılmırlar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR