• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Tokio-2020: Çin liderliyini davam etdirir

Tokio-2020: Çin liderliyini davam etdirir

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının onuncu günündə 76 ölkənin idmançısı medal qazanıb.

Publika.az xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 24 qızıl, 14 gümüş və 13 bürünc medal qazanıblar.

İkinci pillədə 20 qızıl, 23 gümüş və 16 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 17 qızıl, 5 gümüş və 9 bürünc medalla Yaponiya idmançıları qərarlaşıblar.

Avstraliya 14 qızıl, 3 gümüş, 14 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 12 qızıl, 19 gümüş və 13 bürünc medalla beşincidir.

Digər pillələrdə Böyük Britaniya (10-10-12), Fransa (5-10-6), Koreya Respublikası (5-4-8), İtaliya (4-8-15) və Niderland (4-7-6) yer alıblar.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominges fərqlənməyi bacarıblar.

Xatırladaq ki, avqustun 8-dək davam edəcək “Tokio-2020” oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR