İdman
Çempionlar Turu: Məmmədyarov Aronyana uduzdu

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start verilib.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.
36 yaşlı qrossmeyster 1/4 final mərhələsinin ilk günündə rəqibinə uduzub. Şahmatçılar birinci oyunda sülhə razılaşıb. Aronyan II və III görüşdən qalib ayrılıb. IV görüşün nəticəsi isə əhəmiyyət daşımayacaq.
1/4 final görüşləri sabah davam edəcək. Məmmədyarov rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

-
Yaxın Şərq06:46
İsraildə ölüm hökmünün tətbiqini təklif edildi
-
İKT05:45
“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı
-
Hadisə02:12
Şərqi Azərbaycanda neft bazası yanır - VİDEO
-
Region01:41
Mərmərə dənizinin suyu qəhvəyi rəngə boyandı - FOTO
-
İdman00:41
Ronlado Ər-Riyadda yapon restorana gəldi, rəqs etdi - Gedəndə isə...
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onların məkrli planını pozun
-
İKT28 Yanvar 23:36
İctimai yerlərdəki "Wi-Fi"lar təhlükəli imiş... - RİSKLƏR
-
Səhiyyə28 Yanvar 22:49
Yaddaş pozğunluğunu aradan qaldırmağın ALTI YOLU