Konfrans Liqası: "Qarabağ" Kiprdə AEL-lə heç-heçə etdi - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Konfrans Liqası: "Qarabağ" Kiprdə AEL-lə heç-heçə etdi - (YENİLƏNDİ)

"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Kiprdə AEL-in qonağı olub.

Matç 1:1 hesabı ilə bitib. Stefan Şçepoviç penaltidən fərqlənməklə meydan sahiblərini önə keçirib. 90+3-cü dəqiqədə isə Abdullah Zubir bərabərlik qoluna imza atıb.

“AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatıdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.

xxx

22:31

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb.

Publika.az xəbər verir ki, 69-cu dəqiqədə meydan sahibləri hesabı açıb.

Stefan Scepoviç penaltidən fərqlənib.

xxx

21:12

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır. Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edir.

xxx

20:24

Kiprdə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək AEL və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

AEL: 1. Vozinya, 4. Andrey Teişeyra, 13. Bruno Santos, 44. Kire Ristevski, 27. Robert Mazan, 6. Slobodan Medoyeviç (Serbiya), 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Scepoviç, 16. Manuel Torres, 17. Euller

Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 99. Elber Evora, 5. Tjin Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stylianos Panteli, 23. Vasilios Papafotis, 24. Dimitris Avraam, 28. Kostas Soteripu, 50. Andriya Maydevaç, 73. Bryan Pele, 77. Matko Babiç

Baş məşqçi: Duşan Kerkez

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Ağdam təmsilçisinin heyətində yeni transferlər Riçard Almeyda və Qaspar Panadero Zamora bu matçda oynamayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm