Hacı Əliyev FİNALDA
Bizi izləyin

İdman

Hacı Əliyev FİNALDA

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.

Publika.az xəbər verir ki, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub. 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib.

Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək. Final görüşü avqustun 7-də keçiriləcək.

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm