Cüdoçumuz Avropa kubokunda gümüş medal qazandı
Bizi izləyin

İdman

Cüdoçumuz Avropa kubokunda gümüş medal qazandı

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kubokuna start verilib.

“Report”un məlumatına görə, yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparırlar.

Yarışın birinci günü təmsilçilərimizdən Nurlan Osmanov fərqlənib. Azərbaycan cüdoçusu finala qədər bütün rəqiblərini məğlub edib, lakin qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Askar Narkulova məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarış iki gün davam edəcək. Turnirdə 14 ölkədən 200-ə yaxın cüdoçu iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm