"Barselona"nın yetirməsi "Sabah" klubunda
Bizi izləyin

İdman

"Barselona"nın yetirməsi "Sabah" klubunda

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla üçillik müqavilə bağlayıb.

İyirmi səkkiz yaşlı oyunçu “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos karyerası ərzində İngiltərənin “Tottenhem”, “Çarlton", Portuqaliyanın “Aroka”, Belçikanın “Sent-Trüden”, Qətərin “Al-Vakra” və “Qətər” klublarında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm