Samir Abasov: Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik
Bizi izləyin

İdman

Samir Abasov: Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik

HİK əks hücumlara yaxşı çıxan komandadır. Birinci matçda bunun şahidi olduq. Rəqib bizə ilk oyunda problemlər yaratdı.

Publika.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Finlandiyada HİK komandasının qonağı olacaq Bakının "Neftçi" klubunun baş məşqçisi Samir Abasov avqustun 11-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis qeyd edib ki, sabah süni örtüklü meydanda oynayacağıq. Bunun bizim üçün nə qədər problem yaradacağını bilmirəm. Futbolçular özlərini yaxşı hiss edirlər. Komanda olaraq buraya niyə və hansı məqsədlər üçün gəldiyimizi bilirik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik.

"Oyunun çətinliyini başa düşürük. İnanıram ki, sabah hər şey yaxşı olacaq. Heç bir qayğımız yoxdur. Bu görüşdə çox şeyə aydınlıq gələcək. Sabah bütün Azərbaycanı təmsil edəcəyik. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik", - deyə S.Abasov əlavə edib.

Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıda təşkil olunan ilk oyunda qalib müəyyənləşməyib - 2:2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm