Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsü başlayır
Bizi izləyin

İdman

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsü başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək.

Publika.az xəbər verir ki, cari çempionatda da 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" mübarizə aparacaq.

Sayca yubiley - 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. Bu, komandaların ölkə çempionatında 11-ci dueli olacaq. Əvvəlki qarşılaşmalardə hərəyə 4 qələbə qazanan tərəflər 3 görüşdə sülhə razılaşıblar. Topların nisbəti də bərabərdir - 12-12. “Səbail” son 2 oyunda qol buraxmayıb. “Sabah” isə evdəki son 5 matçda uduzmayıb.

Günün son oyununda Azərbaycan Kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək. "ASK Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Klublar arasında əvvəlki 51 görüşün 16-da meydan sahibləri, 9-da qonaqlar qalib gəliblər. 10 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir - 51:35. “Keşlə” son 3 matçda qalib gəlməyib. “Sumqayıt” isə ardıcıl 7 səfər oyununda qol vurub.

Azərbaycan Premyer Liqası
I tur

14 avqust (şənbə)

18:30. “Sabah” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.

20:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”.

Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm