Messinin PSJ-də meydana çıxacağı vaxt açıqlandı
Bizi izləyin

İdman

Messinin PSJ-də meydana çıxacağı vaxt açıqlandı

Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.

Publika.az-ın xəbərinə görə, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Liqa 1-in III turunda "Brest"i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

49 yaşlı mütəxəssis Messinin növbəti həftəsonu meydana çıxa biləcəyini söyləyib.

Qeyd edək ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Paytaxt klubu çempionatda 3 oyundan sonra 9 xalla liderdir. PSJ avqustun 29-da "Reyms"in qonağı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm